“Netwoking Azerbaijan” 30 İyun tarixində növbəti tədbirini keçirib. Tədbir əsasən
Hostimul.com xidmətlərinin təqdimatına həsr olunmuşdu. Bu dəfə tədbir İçəri Şəhərdə yerləşən Shah Palace otelində keçirilib. Ənənələrinə sadiq qalaraq, “Netwoking Azerbaijan” hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir araya yığmağa nail oldu. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi sahibkarlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub.
Sahibkarlar, bir ay fasilədən sonra nəhayət ki, bir yerə toplaşıb və dünyanın işgüzar aləmindəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşməyə müvəffəq olmuşlar. 90 nəfərin iştirak etdiyi gecədə biznes klubunun təsisçisi, Baku Translation şirkətinin təsisçisi Orxan Hacıyev qonaqları giriş sözü ilə salamlayıb və tədbir boyu aktiv olmağa çağırmışdır. Gecənin spikerləri,
Hostimul.com brendinin təsisçisi Rəşad Qafarzadə və Nərgiz Fərzəliyeva şirkətin qurulma etaplarından və uğurlarından danışdı. İştirakçılar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana bilmişlər.
Qonaqlar arasında müxtəlif yarışmalar keçirilib, sonda isə ən fəal qonaqlara Hostimul və Ləzzət Group şirkətlərindən hədiyyələr təqdim edilib. Təşkilati dəstək və xüsusi avadanlıqlar LEDAZ Events şirkəti tərəfindən təmin olunub.
“Networking Azerbaijan” biznes klubunun bütün tədbirlərində olduğu kimi, bu gecə də rahat ab-havada keçərək, iştirakçılarının yüksək əhval-ruhiyyəsini təmin edib.