Bizi izləyin:
Networking Azerbaijan biznes klubunun təşkilatçılığı ilə Koreya nümayəndə heyətinin Azərbaycana səfəri baş tutub. Avqustun 12-də Bakıda Park Inn Hoteldə keçirilən görüş Koreya və Azərbaycan sahibkarları arasında B2B formatında gerçəkləşib.
Tədbir çərçivəsində Koreya və Azərbaycan sahibkarları arasında gələcəkdə B2B görüşlərin təşkili haqqında memorandum bağlanıb. Saziş Networking Azerbaijan biznes klubunun direktoru Orxan Hacıyev və Nur Kaz İnternational MMY-nin direktoru Ço Xvi arasında imzalanmışdır. Görüş zamanı koreyalı sahibkarlar öz məhsullarını təqdim etmiş, həmçinin azərbaycanlı həmkarları ilə gələcək əməkdaşlıq və ikitərəfli əməkdaşlığın qurulması haqqında danışıqlar keçirmişdir. Tədbirdə əsasən Koreya kosmetika sənayesinin, habelə ən yeni estetik texnologiyaların istehsalçıları iştirak etmişdir. Xatırladaq ki, Networking Azerbaijan biznes klubu həm Azərbaycanda, həm də xaricdə öz fəaliyyətinin qurulması və inkişaf etdirilməsində maraqlı olan yerli, eləcə də xarici şirkətlər üçün B2B görüşlərin təşkilatçısıdır.