İşgüzar Görüşlər

Azərbaycan Respublikasının BƏƏ-dəki Ticarət Nümayəndəsi, Networking Azerbaijan və Turizm.Az şirkətinin birgə təşkilatçılığı ilə baş tutan tədbir

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət Nümayəndəsi, Networking Azerbaijan iş adamları klubu və Turizm.Az şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan və Dubay iş adamlarının iştirakı ilə tədbir keçirilmişdir.

Tədbirdə 60-a yaxın iş adamı iştirak etmişdir. Tədbirin məqsədi BƏƏ və Azərbaycan iş adamları arasında əlaqələrin genişlənməsi, yeni əlaqələrin qurulması və qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi olub. İştirakçılar üçün B2B görüşlər, həmçinin istirahət və əyləncə proqramları təşkil olunmuşdur.

Əyləncəli və səmərəli vaxt keçirən iş adamları may ayının 2-si vətənə geri dönüblər. Növbəti biznes-missiya haqqında məlumat yaxın gələcəkdə elan olunacaqdır.

Rəyinizi bizimlə paylaşın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir