Networking Azerbaijan klubu - şirkət rəhbərləri, holdinqlərin aparıcı mövqeyə sahib olan nümayəndələri və dövlət nümayəndələri arasında biznes əlaqələrinin qurulması və inkişafı üçün tədbirlər keçirən təşkilatdır. Networking – həyatda mürəkkəb vəzifələri və biznes məsələlərini dost və tanışlar vasitəsilə maksimal olaraq tez və səmərəli həll etməyə yönələn sosial və peşəkar fəaliyyətdir. Networking-in əsasını insanlarla inam və etibara əsaslanan uzunmüddətli münasibətlərin qurulması təşkil edir. Biz ümid edirik ki, bizim klub Sizə peşəkar əlaqələrlə yanaşı bir çox insanların dostluğunu da qazandırmağa kömək edəcək. Məqsədimiz yeni tanışlıqların qurulması, müxtəlif işgüzar insanlarla biznes əlaqələrinin qurulması və inkişafıdır. Biz, insanlar arasında əlaqələrin qurulmasında ilk addımı atan olmaq istəyirik. Klub olaraq vəzifəmiz sizi gələcəkdə potensial partnyor və ya müştəriləriniz olacaq digər işgüzar insanlarla tanış etməkdir.


















Networking Azerbaijan klubu olaraq biz şirkət rəhbərləri, holdinqlərin aparıcı nümayəndələri və dövlət təmsilçiləri arasında biznes əlaqələrinin qurulması və inkişafı üçün tədbirlər təşkil edirik. Professional əlaqələr qurmaq və müzakirələr aparmaq istəyən şəxslər üçün bu cür biznes görüşlər əvəzsiz imkan yaradır.
Networking Azerbaijan tərəfindən təşkil olunan biznes networking tədbirləri mütəmadi olaraq keçirilir. Görüşlər adətən hər ay və ya bir neçə aydan bir baş tutur. Networking.az sosial şəbəkələrində daha öncədən görüşlər haqqında məlumat verilir.
Həm dövlət, həm də özəl sektor nümayəndələrinin bir çoxu Bakı şəhərində fəaliyyət göstərdiyindən tədbirlərimiz burada təşkil edilir.
Bəli, biznes tədbirlərinə qoşulmaq üçün öncədən qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat prosesindən sonra iştirakçılara görüş barədə ətraflı məlumat təqdim olunur.
Şirkət rəhbərləri, sahibkarlar, dövlət nümayəndələri və müxtəlif sahələrdə fəaliyyət göstərən peşəkarlar Networking Azerbaijan tədbirlərinə qoşula bilərlər.
Tədbirlər əsasən biznes əlaqələrinin qurulmasına fokuslanıb. Bununla yanaşı, iştirakçılar birbirilərilə təcrübələrini paylaşa, müxtəlif mövzularda fikir mübadiləsi edə bilərlər. Əsas məqsəd biznes əlaqələrinin qurulması olsa da, tədbirlər həm də iştirakçılar arasında təcrübə mübadiləsi, şəxsi inkişaf və müxtəlif mövzularda müzakirələr üçün platforma rolunu oynayır.
“JW Marriott Absheron Baku Hotel”də 300 şirkətin rəhbər və idarəedici şəxslərinin, dövlət nümayəndələrinin və səfirlərin iştirakı ilə keçiriləcək QALA GECƏSİNDƏ:
JW Marriott Absheron Baku hotelində 30 yanvar 2025-ci il tarixində
300 şirkətin rəhbər və idarəedici şəxslərinin, dövlət nümayəndələrinin və səfirlərin iştirakı keçiriləcək
QALA GECƏSİNDƏ:
“JW Marriott Absheron Baku Hotel”də keçiriləcək böyük tədbirdə: