İşgüzar Görüşlər

“Biznesin idarə edilməsi” adlı tədbir

“Networking Azerbaijan” iş adamları klubu 29, 30 və 31 avqust tarixlərində “Demirchi Tower “ın ən yüksək mərtəbəsində yerləşən “Copper Bar” restoranında “Biznesin idarə edilməsi” mövzusunda tədbir təşkil edib.

Üç gün davam edən tədbirdə Orxan Hacıyev, “AGAGroup” şirkətinin CEO – su Qafar Demirçi, “EnayGroup ” şirkətinin rəhbəri Aygün Ağamalı, “Cafe Botanist” və digər kofeşopların rəhbəri İlkin Qəhramanlı, “Elseo.az” şirkətinin rəhbəri Elşən Cəfərov qonaqlarla öz təcrübələrini və networkingin önəmi barədə düşüncələrini bölüşüblər.
Üç gün ardıcıl keçirilən tədbirlərdə “Hazel Azerbaijan” tərəfindən qonaqlara müxtəlif hədiyyələr təqdim olunub.

Bununla yanaşı “Copper Bar”ın da aktiv qonaqlara xüsusi hədiyyələri olub.
Növbəti tədbirləmizdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin

Rəyinizi bizimlə paylaşın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir