Dataline MMC -nin birgə təşkil etdiyimiz tədbir baş tutdu
Dekabrın 8-də “Netwoking Azerbaijan” biznes klubunun və Dataline MMC -nin birgə təşkil etdiyi növbəti tədbir baş tutub. Ənənələrinə sadiq qalaraq, “Networking Azerbaijan” hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir araya yığmağa nail olub. Tədbir şəhərin mərkəzində yerləşən Shah Palace Hotel -də keçirilib. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi sahibkarlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub.
Sahibkarlar, bir ay fasilədən sonra bir araya toplaşıb və işgüzar aləmdəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşməyə müvəffəq olublar. 100 nəfərin iştirak etdiyi gecədə “Networking Azerbaijan” biznes klubunun və “Baku Translation” şirkətinin təsisçisi Orxan Hacıyev qonaqları giriş sözü ilə salamlayıb və tədbir boyu aktiv olmağa çağırmışdır. Gecənin fəxri qonağı və spikeri “Dataline” şirkətinin direktoru Hakan Acar, şirkətin fəaliyyətindən və uğurlarından danışıb.
İştirakçılar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana biliblər. Qonaqlar arasında müxtəlif yarışmalar keçirilib, sonda isə ən fəal qonaqlara “Dataline” şirkəti tərəfindən hədiyyələr təqdim edilib.
Networking Azerbaijan biznes klubunun bütün tədbirlərində olduğu kimi, bu tədbir də rahat, produktiv və iştirakçılarının yüksək əhval-ruhiyyəsi ilə sonlanıb.