International Business Festival sərgi çərçivəsində Networking Azerbaijan iş adamları klubu sahibkarlarla görüş təşkil edib
27 May tarixində Bakıda keçirilmiş International Business Festival sərgi çərçivəsində Networking Azerbaijan iş adamları klubu sahibkarlarla görüş təşkil edib. Görüşdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və idarəçilər iştirak edib.
Networking Azerbaijan həmtəsisçilərindən Orxan Hacıyev qonaqları salamlayıb netvörkinqin faydalarını qonaqlarla bölüşüb və çıxış üçün görüşün xüsusi qonağı və spikeri, iş adamı, LogiX şirkətinin idarə heyətinin üzvü, dosent Sakit Səmədovu dəvət edib.