Venesualla və Çili dövlətlərinin səlahiyyətli səfirlərinin iştirakı ilə baş tutan möhtəşəm tədbir
“Networking Azerbaijan” biznes klubu olaraq 27 iyulda Orxan Hacıyevin spikerliyi ilə növbəti möhtəşəm tədbirimizi həyata keçirdik .
Budəfəki tədbir “ EL PORTALON” restoranında baş tutdu.
Gecənin fəxri qonaqlarından Venesuella dövlətinin səlahiyyətli səfiri cənab Cristopher A.Martinez və Çili dövlətin səfiri Ciancarlo Alberti “Networking Azerbaijan”biznes klubunun faydalı fəaliyətindən, ölkələri ilə Azərbaycan arasındakı işgüzar və ikitərəfli əlaqələrin inkişafından danışdı.
Tədbirdə ən aktiv qonaqlara Hazel Azerbaijan şirkəti və Meta Flix platforması tərəfindən müxtəlif hədiyyələr təqdim edildi.
Ənənəyə sadiq qalaraq hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir araya gətirməyə davam edəcəyik.