Networking Tədbiri

Orxan Hacıyevin spikerliyi ilə növbəti möhtəşəm tədbirimizi həyata keçirdik

“Networking Azerbaijan” biznes klubu olaraq 27 iyulda Orxan Hacıyevin spikerliyi ilə növbəti möhtəşəm tədbirimizi həyata keçirdik. Bu dəfəki tədbir “ EL PORTALON” restoranında baş tutdu.
Gecənin fəxri qonaqlarından Venesuella dövlətinin səlahiyyətli səfiri cənab Cristopher A.Martinez və Çili dövlətin səfiri Ciancarlo Alberti “Networking Azerbaijan”biznes klubunun faydalı fəaliyətindən, ölkələri ilə Azərbaycan arasındakı işgüzar və ikitərəfli əlaqələrin inkişafından danışdı.
Tədbirdə ən aktiv qonaqlara Hazel Azerbaijan şirkəti və MetaFlix platforması tərəfindən müxtəlif hədiyyələr təqdim edildi.
Ənənəyə sadiq qalaraq hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir araya gətirməyə davam edəcəyik.

Rəyinizi bizimlə paylaşın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir