Networking Tədbiri

“NetYoung” tədbiri

Networking Azerbaijan Biznes Klubunun təşkilatçılığı ilə baş tutan NetYoung tədbiri gənclərlə ilhamverici bir görüşə çevrildi.
Motivasiya yönümlü bu tədbirə öz sahəsində uğur qazanmış spikerlər – Azad Qəhrəmanov, Orxan Şahbaz, Taleh Yüzbəyov, Azər Aydəmir və Sakit Səmədov dəvət olunmuşdu. Onlar şəxsi həyat və karyera səyahətlərini bölüşdülər, çətinliklər, dönüş nöqtələri və uğur strategiyaları barədə gənclərlə açıq və səmimi söhbətlər apardılar.
NetYoung gənclərin düşüncəsinə yön verməyi, onları motivasiya etməyi və gələcəyə daha inamla addımlamaları üçün yol göstərməyi hədəfləyən dəyərli bir platform oldu.

Rəyinizi bizimlə paylaşın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir