“Invest in Cyprus” Tədbiri
Networking Azerbaijan Biznes Klubunun təşkilatçılığı və RE/MAX, West Coast by Eurocoast, @emlakci_az (@shaigalieff) tərəfdaşlığı ilə keçirilən “Invest in Cyprus” tədbiri, Şimali Kiprdə daşınmaz əmlak və sərfəli investisiya imkanları ilə maraqlanan sahibkarlar üçün mühüm bir platforma oldu.
İştirakçılar Şimali Kipr bazarı, hüquqi prosedurlar və investisiya mexanizmləri barədə geniş məlumat əldə etdilər. Eyni zamanda tədbir iş dünyasının nümayəndələri arasında yeni tanışlıqların qurulması, təcrübə paylaşımı və gələcək əməkdaşlıqlar üçün geniş networking imkanları təqdim etdi.