Networking Tədbiri

Ferrari Baku salonunda “Networking Azerbaijan” biznes klubunun növbəti möhtəşəm tədbiri

22 və 23 fevral tarixlərində “Networking Azerbaijan” biznes klubu növbəti möhtəşəm tədbirini həyata keçirib. Budəfəki tədbir Ferrari Baku salonunda baş tutub.
Hər zaman olduğu kimi tədbirin əsas məqsədi yeni tanışlıqların yaranması, müxtəlif işgüzar insanlarla biznes əlaqələrinin inkişafı və genişləndirilməsindən ibarət olub. Sahibkarlar işgüzar aləmdəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşməyə müvəffəq olublar.
Tədbiri açıq elan edən Ceyhun Əli gecənin qonaqlarını salamladıqdan sonra netvörkinqin faydalarını qonaqlarla bölüşüb və çıxış üçün İtaliyanın səlahiyyətli səfiri cənab Klaudio Taffurini dəvət edib. Cənab səfir İtaliya və Azərbaycan arasındakı işgüzar əlaqələr və inkişaf barədə qonaqları ətraflı məlumatlandırıb. O, həmçinin xalqlar arasındakı mental və mədəni cəhətlərin oxşarlığından da bəhs edib.
Gecənin fəxri qonağı və spikeri Antaris.azşirkətinin təsisçisi Samir Axundov “Networking Azerbaijan” biznes klubunun faydalı fəaliyyətindən, Azərbaycan işgüzar aləminə verdiyi töhfələrdən və artıq uzun müddət davam edən qarşılıqlı əməkdaşlıqdan danışıb.
Tədbirdə qonaqlar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana biliblər. “Networking Azerbaijan” biznes klubunun bütün tədbirlərində olduğu kimi bu gecə də rahat ab-havada keçərək, iştirakçıların yüksək əhval-ruhiyyəsini təmin edib.

Rəyinizi bizimlə paylaşın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir