Networking Tədbiri

“Networking Azerbaijan” biznes klubunun “İlin açılışı “adlı növbəti görüşü

02 fevral 2023-ci tarixində “Networking Azerbaijan” biznes klubunun “JW Marriott Absheron Baku” hotelində “İlin açılışı “adlı növbəti görüşü baş tutmuşdur.
Tədbirin aparıcısı Ceyhun Əli qonaqları salamladıqdan sonra çıxış və tədbirin acılışını etmək üçün “Baku Translation” şirkətinin təsisçisi Orxan Hacıyevi və “LEDAZ Events” şirkətinin təsisçisi Əliağa Kürçaylını dəvət etmişdir.
“Networking Azerbaijan” biznes klubunun həmtəsisçiləri Orxan Hacıyev və Əliağa Kürçaylı qonaqları giriş nitqi ilə salamlamiş və biznes əlaqələrinin qurulması, gələcək inkişafı, eyni zamanda, klubun daha böyük layihələri haqqında məlumat vermişlər.Qeyd edilib ki, ölkənin sosial-iqtisadi inkişafı birbaşa olaraq sahibkarlıq fəaliyyətində uğurlarla, habelə müxtəlif biznes layihələrinin həyata keçirilməsi, yaradıcı və innovativ ideyaların həyata keçirilməsi ilə bağlıdır.
Sonra çıxış üçün tədbirin fəxri qonaqlarından Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA -nın sədri cənab Orxan Məmədovu dəvət olunmuşdur. Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlar arasında şəbəkələşmənin əhəmiyyəti, Agentliyin bu sahədə dəstəyi barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, netvörkinq, bizneslərin yeni əlaqələr qurması, əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi baxımından önəmlidir. Güclü bir şəbəkə ilə əhatə olunan sahibkarlar daimi dəyişən mühiti izləmək və mövcud biznes ehtiyaclarını qarşılamaq üçün əhəmiyyətli mövqeyə sahib olurlar.
Tədbirdə biznes klubun tərəfdaşlarına və üzvlərinə “Gold Member” üzvlük rəmzləri təqdim edilmişdir.
Tədbirin əsas məqsədi yeni tanışlıqların yaranması, müxtəlif işgüzar insanlarla biznes əlaqələrinin inkişafı və genişləndirilməsindən ibarətdir.
Tədbirdə iş adamları və dövlət qurumlarının nümayəndələri iştirak etmiş, onlara işgüzar əlaqələrin qurulması, inkişafı və genişləndirilməsi üçün lazımi şərait yaradılmışdır.
Təqribən 350 nəfərin iştirakı ilə baş tutan tədbirdə “Networking Azerbaijan” biznes klubunun üzvlərinə “Gold Member” ödülü fəxri qonaglar, millət vəkilləri və səfirlər tərəfindən təqdim olunmuşdur.
Nitqdən və təqdimatdan sonra qonaqlar arasında yenidən əlaqələrin yaradılması, müzakirələrin davam etməsi üçün furşet təşkil olunmuşdur.
Sahibkarlar iş dünyasındakı ən son tendensiyaları və yenilikləri müzakirə etmiş, həmçinin postpandemiya dövründə problem və məsələlərin həlli ilə bağlı fikirlərini və təcrübələrini bölüşmüşlər. “Networking Azerbaijan Business Club”un bütün tədbirləri kimi bu görüş də rahat və xoş atmosferdə keçmişdir.

Rəyinizi bizimlə paylaşın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir